BAYRAQDAR MEDİA – Baş nazir Əli Əsədov Milli Qəhrəman Natiq Səlim oğlu Qasımovun adının Mingəçevirdəki 4 nömrəli məktəbə verilməsi haqqında Qərar imzalayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirlər Kabinetindən daxil olub.
Qərarla Elm və Təhsil Nazirliyi, həmçinin Mingəçevir Şəhər İcra Hakimiyyətinə müvafiq tədbirlər görülməsi də tapşırılıb.
Natiq Qasımov 1-ci Qarabağ Savaşında işğalçı ermənilərə əsir düşdükdən sonra belə Azərbaycan bayrağından əl çəkməməsi ilə tarixə düşüb.
İlk şərhi yaza bilərsiniz