Son yeniləmə: 29 Noyabr 2024 11:47
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezidentin Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı AMEA Rəyasət Heyətinin 22 yanvar 2024-cü il 7/1 nömrəli Qərarına əsasən silsilə tədbirləri davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “bunlardan biri də təkrar emalı stimullaşdırmaq, təkrar emal müəssisələri üçün xammal tədarükünü asanlaşdırmaq, təbii resurslara qənaət etmək və tullantı miqdarını minimuma endirməklə ekoloji vəziyyəti mümkün qədər yaxşılaşdırmaq və əməkdaşları bu sahədə maarifləndirmək məqsədilə “Hər kağızı bir yarpağa dəyişək – təbiəti qoruyaq” adlı yararsız kağızların toplanması və təkrar istehsala qaytarılması aksiyasıdır”.
Qeyd edək ki, ilin əvvəlindən başlanılan bu layihə nəticəsində 300 kq-a yaxın kağız tullantı toplanaraq bu gün MEK rəhbərliyinin və şöbə müdirlərinin iştirakı ilə “Azərsun Holding”in Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının əməkdaşlarına təhvil verilib.
İlk şərhi yaza bilərsiniz