Press "Enter" to skip to content

Kosovada ənənəvi türk oxçuluğu

Açılış mərasimdən maraqlı anlar

Son yeniləmə: 29 Noyabr 2024 14:01

BAYRAQDAR MEDİA – Yunus Emre İnstitutu tərəfindən Kosovada, Vıçıtırnda Ənənəvi Oxçuluq Klubu açılıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, bu, Prizren, Priştina, Peja və Mamuşadan sonra Kosovonun beşinci Ənənəvi Oxçuluq Klubudur.

Bildirilib ki, “Klubun açılışında Kosova Respublikasının regional inkişaf naziri və Kosova Demokratik Türk Partiyasının (KDTP) sədri Fikrim Damka, Türkiyənin Priştinadakı səfiri Sabri Tunç Angılı, Vıçıtırn bələdiyyə başqanı Ferit İdrizi, Kosovo Yunus Emre İnstitutunun koordinatoru Ramazan Yılmaz, Kosova Türkiyə Nümayəndə heyətinin rəhbəri polkovnik Zəfər Sağlam, Kosovo Oxçuluq Federasiyasının prezidenti Agron Mala və oxçuluq klublarının nümayəndələri iştirak edib. Açılış mərasimində edilən çıxışlardan sonra protokol üzvləri ilk oxları atıblar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.