Press "Enter" to skip to content

Bakıda KKTC-nin müstəqilliyinin 41-ci ildönümü qeyd edilib

Ufuk Turgener

Son yeniləmə: 29 Noyabr 2024 11:37

Ufuk Turgener: Böyük türk millətinin bir parçası olan Kuzey Kıbrısın müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsi qürurvericidir

BAYRAQDAR MEDİA – Noybarın 28-də Bakıda Kuzey Kıbrıs Türk Cümhiryyətinin (KKTC) elan edilməsinin 41-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Tədbirdə əvvəlcə Mustafa Kemal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxışına Azərbaycanın COP29 iqlim konfransına yüksəksəviyyəli ev sahibliyi etməsi münasibətilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik etməklə başlayıb.

Çıxışına davam edən U.Turğener “böyük türk millətinin bir parçası olan Kuzey Kıbrısın müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsi qürurvericidir” deyib.

U.Turgener daha sonra bildirib: “Prezident İlham Əliyevin türk dünyasından başqa ailəmiz yoxdur sözü bizim üçün yol xəritəsidir və bu yolda işləmək bizim böyük vəzifəmiz və məsuliyyətimizdir. Bu il ərzində parlamentlərimiz arasında dostluq qruplarının yaradılması Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinin ən güclü sübutudur. Ölkələrimiz arasında iqtisadi, ticarət, turizm, ali təhsil sahəsində əməkdaşlığın inkişafı üçün nümayəndə heyətlərimiz il ərzində bir çox görüşlər keçirib”.

U.Turgener, həmçinin KKTC-nin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Sonra çıxış edən Milli Məclisin Azərbaycan-Kuzey Kıbrıs Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev deyib ki, KKTC-nin quruluş günü kimi qeyd edilən 1983-cü ilin 15 noyabr günü həmin illərin siyasi çaxnaşmaları içərisində öz milli kimliyini qorumağa və müstəqilliyini qazanmağa çalışan Kıbrıs türklərinin tarixində mühüm dönüş nöqtəsi olub: “O gündən sonra qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, Kıbrıs türkləri öz ata-baba yurdlarında sülh və əmin-amanlığa nail olaraq, müstəqillik yoluna qətiyyətlə davam edirlər”.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

Xatırladaq ki, düz 41 il öncə, 1983-cü il noyabrın 15-də Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın öndərliyi ilə Kıbrıs Türk Federal Dövləti Məclisi KKTC-nin qurulduğunu elan edib.

Azadlıq, müstəqillik və var olma mübarizəsinin tarixi

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.