Press "Enter" to skip to content

Azərbaycanda da təmsilçiliyi olan HUDER-dən Sedef Medyaya ziyarət

Görüşdən xatirə fotosu

Son yeniləmə: 29 Noyabr 2024 11:28

BAYRAQDAR MEDİA– Hüquq Araşdırmaları Dərnəyi (HUDER) Eskişehir şöbə başçısı Av. Fatih Mehmet Akmeşe bu günlərdə Sedef Media redaksiyasında olub. Ziyarət zamanı baş redaktor Cihan Yıldırımla görüş keçirilib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, görüşdə HUDER-in 1988-ci ildə qurulduğunu xatırladan F.M.Akmeşe deyib: “Biz Türkiyənin ən çox üzvü olan ən köklü mülki hüquq təşkilatıyıq. HUDER-in 24 şöbəsi və 51 nümayəndəsi var. Biz yeganə hüquqi təşkilatıyq ki, öz təşkilatları və könüllüləri ilə səkkiz ölkədə -Almaniya, İngiltərə, Yaponiya, Makedoniya, Monqolustan, İsveç, Azərbaycan və Gürcüstanda ardıcıl olaraq fəaliyyətini davam etdirə bilmişik”.

F.M.Akmeşe yeni konstitusiyanın hazırlanması prosesi üzərində də çalışacaqlarını bildirib: “Biz siyasi gündəmdən asılı olmayaraq işləyəcəyik. HUDER olaraq yeddi vilayətdə görüşlər keçirəcəyik”.

Məlumata görə, jurnalistlər Ayşe K. Akşam və Meltem Karakaşın da iştirak etdiyi görüşdə HUDER rəhbərini idarə heyəti üzvləri Volkan Öztürk və Kerim Görkem Gökkaya müşayiət edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.