Son yeniləmə: 28 Noyabr 2024 11:51
Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi qanunvericiliyin tələbi və sosial məsuliyyətidir
BAYRAQDAR MEDİA – Azərbaycanda vergi ödəyicilərinin işini asanlaşdıran islahatlar biznes mühitində qarşılıqlı etimad mühitini formalaşdırır. Vergi xidmətlərinin genişləndiyi bu əlverişli ekosistemdə vergi ödəyicilərinin də öz öhdəlikləri var”.
BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən verilən məlumatda belə deyilir.
Qeyd edilir ki, bu öhdəlik qanun çərçivəsində fəaliyyəti dəstəkləmək və hesabatlılığı təmin etməkdir: “Vergi bəyannaməsinin vaxtında təqdim edilməsi vergi orqanları və vergi ödəyiciləri üçün eyni əhəmiyyəti daşıyır. Bəyannamələrinin vaxtında təqdim edilməsi qanunvericiliyin tələbi olsa da bu, həm də sosial məsuliyyətdir. Bu prosesvergi ödəyicisinin qanunlara əməl etməsinin, şəffaflığa töhfə verməsinin və hesabatlılığın təmin edilməsində fəal iştirakının göstəricisidir. Bu öhdəliyinin yerinə yetirilməsi biznes mühitində intizamlı vərdişləri artırır”.
O da vurğulanır ki, qanuna riayət etmək,vergi bəyannamələrini vaxtında və düzgün təqdim etmək biznesin məsuliyyətli olduğunu nümayiş etdirir: “Bu məqam potensial müştərilər, tərəfdaşlar və tənzimləyici orqanlar qarşısında biznesin nüfuzunu artırır. Eyni zamanda maliyyə əməliyyatlarında şəffaflığı əks etdirməklə, etimadı və maraqlı tərəflərlə münasibətləri gücləndirir”.
İlk şərhi yaza bilərsiniz