Son yeniləmə: 28 Noyabr 2024 11:17
BAYRAQDAR MEDİA – “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilən bu məqam vergi ödəməyin əhəmiyyətinə diqqəti çəkir. Çünki ödədiyimiz vergilər dövlət büdcəsinin artmasına, iqtisadi inkişafa və sosial rifahımızın yüksəlməsinə birbaşa təsir edir”.
Dövlət Vergi Xidmətindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.
Qeyd edilir ki, Azərbaycanın vergi sistemində aparılan islahatlar dünyanın qabaqcıl vergi sistemlərində tətbiq edilən təcrübələri yerli biznes mühiti ilə uzlaşdırmaqla vergi ödəyiciləri üçün əlverişli vergi inzibatçılığı formalaşdırıb: “Vergi ödəyicilərinin sayında müşahidə edilən davamlı artım, vergi daxilolmaları üzrə dinamika və yerli vergi sisteminə beynəlxalq etimadın artmasını nümayiş etdirən qlobal reytinqlər vergi inzibatçılığının inkişafını səciyyələndirən indikatorlardır. Yerli vergi sistemində şəffaflığın, hesabatlılığın və çevikliyin təmin edilməsi üçün müxtəlif xidmətlər və alətlər istifadəyə verilir. Bu xüsusda, ölkəmizdə vergitutmanın ən optimal medotları tətbiq edilir”.
İlk şərhi yaza bilərsiniz