Son yeniləmə: 28 Noyabr 2024 12:10
BAYRAQDAR MEDİA – 26-30 noyabr tarixləri arasında Özbəkistanın paytaxtı Daşkənddə Türkiyə Yazıçılar Birliyinin 1992-ci ildən təşkil etdiyi “Beynəlxalq Türkcə Şeir Festivalı” keçiriləcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, türk dünyasından 90-a yaxın şairin qatıldığı festivalın açılışı noyabrın 27-də Özbəkistan Yazıçılar Birliyinin iclas zalında olub: “Özbəkistanın ilk dəfə bu şeir festivalına ev sahibliyi etdiyini bildirən Türkiyə Yazıçılar Birliyinin sədri Prof. Dr. Musa Kazım Arıcan, proqrama qatılanlar haqqında “20 şairimiz Türkiyədən gəlib. Türk şeirini oxuyan dostlarımız türk dövlətlərindən, Qırğızıstandan, Qazaxıstandan, Türkmənistandan, Azərbaycandan və türk xalqından, Balkanlardan, Krımdan gəlib” deyib”.
Məlumata görə, çıxışda vurğulanıb ki, festivalda bir araya gələn türk dünyasının şairləri proqram vasitəsilə əsərlərini paylaşır, mədəni birliyi gücləndirəcək sevgi körpüləri qururlar: “30 noyabra qədər davam edəcək festivalda seminarları, konsertlər və şeir bölmələri kimi müxtəlif proqramlar təşkil olunacaq”.
İlk şərhi yaza bilərsiniz