Son yeniləmə: 28 Noyabr 2024 12:04
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin İstanbul şəhərində MUSİAD EXPO öz işinə başlayıb.
Tədbirin açılışında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, ticarət naziri Prof. Dr. Ömer Bolat, xəzinə və maliyyə naziri Mehmet Şimşek, Azərabaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, həmçinin Müstakil Sanayici ve İşadamları Derneği – MÜSİAD prezidenti Mahmut Asmalı və 83 ölkədə fəaliyyət göstərən MÜSİAD şöbələrinin rəhbərləri, üzvləri, o cümlədən digər qonaqlar iştirak edib.
Qeyd edək ki, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli bununla bağlı öz sosial şəbəkə hesabından paylaşım edib.
Paylaşımda deyilir ki, KOBİA və MÜSİAD Azerbaycan da sərgi stendiylə çıxış edir: “KOBİA-nın dəstəyi ilə sərgidə 10-a yaxın Azərbaycan şirkətinin məhsulları sərgilənir. 100 minə yaxın ziyarətçinin iştirakı proqnozlaşdırılan sərgiyə Azərbaycandan 100-dən çox sahibkar qatılıb. MÜSİAD EXPOmuzun millətimiz üçün xeyirli, bərəkətli olmasını təmənni edir, sahibkarlarımıza və üzvlərimizə iştiraklarına görə təşəkkür edirik”.
İlk şərhi yaza bilərsiniz