Son yeniləmə: 28 Noyabr 2024 09:23
BAYRAQDAR MEDİA səhərə pozitiv başlamaq üçün bir neçə sadə, amma təsirli addımı dəyərli oxucuları ilə paylaşır. Əlbəttə, bunlar bizim icadımız deyil, hamı üçün əlçatan – açıq mənbələrdəki bilgilərdir. Bis sadəcə onları paylaşırıq ki, insanların gününü yaxşı başlamasına kiçicik bir xatırlatma olsun:
1. Şükürlə başlamaq
Gözünüzü açar-açmaz həyatınızdakı gözəl şeylərə görə şükür edin. Bu, ruh halınızı yüksəldəcək. Məsələn, “sağlamam, yeni bir günə başlamışam, sevdiklərim yanımdadır” kimi sadə fikirlərlə özünüzü motivasiya edin.
2. Bir neçə dəqiqənizi sükuta ayırın
5-10 dəqiqəlik meditasiya, dərin nəfəs alıb-vermə məşqləri edin. Bu, zehni aydınlaşdırar və sizi günə hazırlayar.
3. Gözəl musiqi dinləyin
Sevgi dolu və enerjili mahnılar seçin. Bu, günün enerjisini yüksəldə bilər.
4. Səhər idmanı
Hətta 5-10 dəqiqəlik yüngül idman belə bədəninizdə endorfin səviyyəsini artıracaq və sizi daha enerjili edəcək.
5. Sağlam səhər yeməyi
Günə enerjili başlamaq üçün sağlam və balanslı bir yemək yeyin. Məsələn, meyvə, yulaf və ya yumurta ilə qidalanın.
6. Planlaşdırma edin
Günün işlərini və məqsədlərini qısa şəkildə planlaşdırın. Bununla həm özünüzü tənzimləyər, həm də uğur hissi qazana bilərsiniz.
7. Özünüzə motivasiya verən sözlər deyin
Aynada özünüzə baxıb “mən güclüyəm, bu gün hər şey yaxşı olacaq” kimi müsbət ifadələr işlədin.
8. Təbiətə yaxınlaşın
İmkan varsa, qısa bir gəzinti edin, ya da pəncərəni açıb təmiz hava alın. Unutmayın, günə pozitiv başlamaq bir seçimdir və bu seçim sizin əlinizdədir.
Ümumiyyətlə isə belə bir rəqsə baxın, bizcə keyfiniz əməlli-başlı açılacaq:
İlk şərhi yaza bilərsiniz