Son yeniləmə: 28 Noyabr 2024 11:09
BAYRAQDAR MEDİA – Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli “İraq türkmənləri olan soydaşlarımız heç vaxt tək deyillər” deyib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, D.Bahçeli partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edib. O, çıxışında Kərkükdəki siyahıyaalmaya istinad edərək deyib: “Əgər siyahıyaalmadan əvvəl Kərkükdə PKK düşərgələrindən olan insanların cəmləşməsi ilə bağlı iddialar və açıqlamalar doğrudursa, şübhəsiz ki, nəticələri ağır olacaq və siyahıyaalmanın qeyri-legitimliyi təsdiqlənəcək. Kərkükün demoqrafik quruluşunu pozmaq və İraq konstitusiyasındakı mübahisəli bölgələri bu türkmən şəhəri ilə bir araya gətirmək türk millətinin qəbul etməyəcəyi bir işğal cəhdidir. Kərkük türkdür və İraq türkmənlərinin əbədi vətənidir”.
MHP lideri “Heç kim yanlış düşünməsin, soydaşlarımız, İraq türkmənləri heç vaxt tək deyillər” deyə əlavə edib.
İlk şərhi yaza bilərsiniz