Son yeniləmə: 28 Noyabr 2024 07:40
BAYRAQDAR MEDİA – Bolqarıstanda deputatlar Xalq Məclisinin sədrini seçmək cəhdində altıncı dəfə uğursuzluğa düçar olublar.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “səsvermədə “BSP-Obedinena Levitsa” təşkilatından da Nataliya Kiselova, “Vazrajdane” partiyasından Petar Petrov, GERB partiyasından Raya Nazaryan və İTN-dən Silvi Kirilov yarışıb. Səsvermənin ikinci turunda “İma Takav Narod” partiyasından Silvi Kirilov və GERB-SDS-dən Raya Nazaryan qalıb, lakin yenə də onların heç biri lazımi səs çoxluğunu toplaya bilməyib”.
Məlumata görə, DB-dən olan deputatlar ikinci turda səsvermə hüququndan istifadə etməyiblər.
Parlament sədrini seçmək üçün növbəti cəhd cümə axşamı, noyabrın 28-də keçiriləcək.
İlk şərhi yaza bilərsiniz