Press "Enter" to skip to content

Ağ Evdəki görüşün arxasında ABŞ dərin dövləti dayanır

Dr. Yücel Karauz

Son yeniləmə: 28 Noyabr 2024 12:05

Dr. Yücel Karauz: Hesab edirəm ki ABŞ dərin dövləti Co Baydenlə Donald Trampı bu məsələdə də ortaq məxrəcə gəlməyə məcbur edib

BAYRAQDAR MEDİA – “Bu gün dünya düzəndə bir sıra savaşlar var ki, qlobal baxımdan bütün bəşəriyyəti narahat edir. Bu sırada Rusiya-Ukrayna savaşı ilk yerdə dayanır deyə bilərik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

O, qeyd edib ki Donald Tramp prezident seçkiləri ərəfəsində qalib gələrsə bir günə bu müharibəni sona çatdıracağına söz verdi: “Bu gün Donald Trmap qalib gəlib və hər kəs onun yanvarın 20-dən sonra Ağ Evdə növbəti dəfə prezident kimi fəaliyyətə başlayacağını gözləyir. Təbii ki, onun seçkiqabağı kampaniyada verdiyin vədlərə nə qədər sadiq qalacağı, eyni zamanda Rusiya-Ukrayna müharibəsinə son verilməsi üçün ABŞ-ın hansı adddımlar atacağı maraq doğurur”.

Dr. Y.Karauzun sözlərinə görə, əslində D.Trampın Rusiya-Ukrayna savaşını dayandıracağına dair verdiyi söz təsadüfən səslənməyib: “Hesab edirəm ki D.Tramp bu sözləri təsadüfən deməyib və ABŞ-ın bu müharibəni başa çatdırmaqdan başqa şansı yoxdur. Elə Co Baydenin ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verməsi də bu istiqamətdə atılan addımdır. Yəni Co Baydenin bu addımı əslində Donald Trampın müharibəni dayandırmaq siyasətinə xidmət edir. ABŞ dərin dövləti bir sıra məqamlara görə bu müharibənin dayanmasını istəyir. Sadəcə tərəflər danışıqlar masasına ilkin şərt olmadan oturmalıdırlar. Ona qədər isə Rusiyanı bacara bildikcə zəiflətmək lazımdır. Buna görə də Co Bayden Ukraynaya o icazəni verdi”.

Türkiyəli general seçkidən sonra Co Baydenlə Donald Trampın Ağ Evdə görüşünün arxasında da ABŞ dərin dövlətinin dayandığı qənaətindədir: “Böyük ehtimalla bu görüş məhz ABŞ dərin dövləti tərəfindən təşkil edildi. Hesab edirəm ki ABŞ dərin dövləti Co Baydenlə Donald Trampı digər bır sıra məsələlərdə olduğu kimi bu məsələdə də ortaq məxrəcə gəlməyə məcbur edib. Məhz həmin görüşdə Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verməsi ilə bağlı Baydenlə Tramp arasında razılıq əldə edilib. Yəni Trampın bir günə müharibəni dayandırmaq siyasətinin reallaşması üçün yanvarın 20-dək mümkün qədər Rusiyanə zəiflətmək lazımdır. Bunu isə Co Bayden məlum icazəni verməklə edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.