BAYRAQDAR MEDİA – Polşa Prezidenti Anjey Duda Ermənistana səfəri çərçivəsində noyabrın 27-də Azərbaycanla şərti sərhədə gəlib. O, burada Avropa Birliyinin Polşadan olan mülki müşahidə missiyasının üzvləri ilə görüşüb, bədnam “binokl diplomatiyası”na özünü alət edib.
Bununla bağlı Polşa Prezidentinin dəftərxanası sosial media hesabında paylaşım edib.
Məsələyə siyasi şərhçi Azər Həsrət özünəməxsus reaksiya verib. O, sözügedən paylaşımı belə bir şərhlə öz X hesabında paylaşıb: “Cənab Anjey Duda, siz Ermənistan tərəfdən Azərbaycan ərazisində nəyə baxırdınız? Əgər Azərbaycan torpaqlarını görmək sizin üçün maraqlıdırsa, buyurun, gəlin və görün. Mənə inanın, Prezident İlham Əliyev sizi qonaq edəcək və siz Azərbaycana gəldiyinizə görə peşman olmayacaqsınız”.
İlk şərhi yaza bilərsiniz