Press "Enter" to skip to content

“Qarabağ mirası” KKTC-də

Sərgidən xatirə fotosu

DİMED-in təşkil etdiyi sərgi maraqla qarşılanıb

BAYRAQDAR MEDİA – KKTC-də “Qarabağ mirası” adlı sərginin açılışı olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC-nin Bakıdakı təmsilçiliyindən məlumat verilib.

Bildirilib ki, “Dışişleri Bakanlığı Mensupları ve Eşleri Derneği (DİMED) 15 noyabr Cümhuriyyət Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində azərbaycanlı rəssam və dizayner Nigar Helmi Abbasbəylinin əsərlərindən ibarət “Qarabağ mirası” adlı sərgi təşkil edib. DİMED başqanı Prof. Dr. Oya Ertuğruloğlunun himayəsi ilə təşkil olunan sərginin açılışı Xarici İşlər Nazirliyində olub. Açılışda KKTC xarici işlər naziri Tahsin Ertuğruloğlu, səhiyyə naziri Hakan Dinçyürek, Türkiyənin Lefkoşa səfiri Yasin Ekrem Serimin həyat yoldaşı Sevim Çağla Serim və çoxlu qonaq iştirak edib”.

Məlumata görə, sərginin açılış nitqi ilə çıxış edən Prof. Dr. Oya Ertuğruloğlu Qarabağın azad edilməsindən bəhs edən bu sərginin KKTC-nin yaranmasının 41-ci ildönümündə açılmasının vacibliyini vurğulayıb: “Azərbaycanlı rəssam Nigar Abbasbəylinin çox dəyərli rəsm əsərlərinin olduğunu vurğulayan Prof. Dr. Oya Ertuğruloğlu, açdıqları sərgidə Qarabağdan bəhs etdiyini bildirib. Sonra çıxış edən Sevim Çağla Serim bu sərginin açılışı üçün Azərbaycandan KKTC-yə gələn Nigar Abbasbəyliyə “Xoş gəlmisiniz” deyib”.

Daha sonra çıxış edən Nigar Abbasbəyli başda Prof. Dr. Oya Ertuğruloğlu olmaqla əməyi keçən hər kəsi təbrik edib: “Nigar Abbasbəyli noyabr ayının təkcə KKTC üçün deyil, Azərbaycan üçün də çox xüsusi olduğunu, 4 il əvvəl ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun böyük səyləri ilə qələbə qazanıldığını xatırladıb. “Qarabağ mirası” adlı sərgini 11 ay kimi qısa müddətdə hazırladığını açıqlayan N.Abbasbəyli rəsm əsərlərində 30 il ərzində bölgədə şahidi olduğu hadisələri əks etdirməyə çalışdığını bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.