Press "Enter" to skip to content

MEK-də ekoloji problemlərin həllinə dair nəşrlər

Yaşıl nəşrlər

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqinə dair nəşrlər daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “akademik D.Tağıyev və Prof. Asif Məmmədovun “Yaşıl kimya və onun inkişaf perspektivləri” Azərbaycan və ingilis dilində, iqtisad elmləri doktoru, Prof. Arzu Hüseynovanın “Yeni nəsil iqtisadiyyat: rəqəmsallaşma və inkişaf”, eləcə də “Plastik tullantılar və ətraf mühit”, “Daşqınlar və ətraf mühit” kitablarında yaşıl kimyanın mövzusu, əsasları və inkişaf istiqamətləri, daha təhlükəsiz kimyəvi maddələrin alınması, tullantıların qarşısının alınması, neft emalı zavodlarından bioemal zavodlarına keçidin perspektivləri, Kür və Araz çaylarında və onlara təsir göstərən zonalarda yaranmış mövcud problemlərin başvermə səbəbləri və bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin nəticələrinin təhlili, plastik tullantıların dəyişmə dinamikası, habelə onların ətraf mühitə və insan sağlamlığına təsiri kimi məsələlər və həll yollarından bəhs edilir”.

Daha sonra xəbərdə, “bundan əlavə, filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynovanın “Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” və “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” adlı nəşrlər də daxil olanların sırasındadır. Burada oğuz qrupu türk dillərinə daxil olan dillərdə relyef və iqlim leksikası müxtəlif yönlərdən təhlil edilir, mövcud floristik və zoonimik leksika vahidlərinin etimologiyası və onların türk dillərində müqayisəsi verilir” deyə bildirilir.

MEK-in fondlarında olan nəşrlərdən onlayn şəkildə istifadə etmək istəyən oxucular kitabxananın saytındakı E-xidmətlər bölməsindəki e-kitabxanaya daxil ola bilər. Onu da qeyd edək ki, Kitabxananın elektron məlumat bazası daxil olan nəşrlər nəticəsində daim yenilənərək zənginləşir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.