Son yeniləmə: 27 Noyabr 2024 16:51
BAYRAQDAR MEDİA – 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) tərəfindən III Kəlağayı Festivalı keçirilib. Fevtivalın keçirilməsində əsas məqsəd maddi-mədəni və milli irsimizin uşaq və gənclər arasında təbliğ edilməsi, xalqımıza məxsus mədəni-mənəvi dəyərlərin yaşadılmasından ibarətdir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “festival çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrinin dərnək üzvləri arasında “Kəlağayı milli ruhun simfoniyasıdır” adlı müsabiqə keçirilib. Müsabiqə iki nominasiya (“Müasir geyim obrazında kəlağayı” videotəqdimat müsabiqəsi və “Azərbaycan Kəlağayı ornamentləri rəsmlərdə” rəsm müsabiqəsi) üzrə təşkil olunub. Müsabiqədə 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzləri və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvləri mübarizə aparıblar. Sonda I, II, III yerin qalibləri diplom və sertifikatlarla təltif olunublar. “Kəlağayı milli ruhun simfoniyasıdır” adlı müsabiqədə qonaq qismində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil idarəsinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun müdiri Günay Qurbanova, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun əməkdaşı Xanım Oruczadə iştirak ediblər”.
O da qeyd olunub ki, III Kəlağayı Festivalı çərçivəsində 5 nömrəli UGİM və Şəki şəhər Rasim Ocaqov adına UGİM-in birgə əməkdaşlığı ilə ustad dərsi, konsert proqramı, Şəki İpək Kombinatına ekskursiya da təşkil olunub.
İlk şərhi yaza bilərsiniz