Press "Enter" to skip to content

İsraillə Hizbullah arasında atəşkəs

İsrail bayrağı

BAYRAQDAR MEDİA – 2023-cü il oktyabrın 7-də HƏMAS terror təşkilatının dinc insanlara hücumu ilə başlayan ərəb-İsrail savaşı ən azından bəlli bir müddət üçün fasilə əldə etmiş olacağa bənzəyir. Mümkündür ki, bu fasilə qalıcı olsun və minlərlə insanın canını alan savaş bitsin.

Dünya mediasının yaydığı xəbərə görə, İsrail ilə Livandakı “Hizbullah” təşkilatı arasında atəşkəs razılaşması əldə edilib. Bildirilir vasitəçi qismində Amerika Birləşmiş Ştatları çıxış edib. ABŞ tərəfləri genişmiqyaslı qarşıdurmalardan çəkinməyə və münaqişəni diplomatik yollarla həll etməyə həvəsləndirməyi bacarıb.

Bu razılaşma, həmçinin bölgədəki digər güclərin, xüsusilə İran və Suriyanın da daxil olduğu böhranı daha da genişləndirməsinin qarşısını almaq məqsədini daşıyır. İsrailin və Livanın təhlükəsizlik kabinetləri atəşkəsi qəbul edərək münaqişəni dayandırmağa razılıq veriblər.

Sözügedən atəşkəs razılaşması 2024-cü il noyabrın 27-də yerli vaxtla səhər saatlarından artıq qüvvəyə minib. Bu, beynəlxalq vasitəçilərin gərgin diplomatik səyləri nəticəsində mümkün olub. Atəşkəsin müddəti və şərtlərinə hər iki tərəfin dəqiq riayət etməli olduğu bildirilir.

Gələn xəbərlərdə o da bildirilir ki, artıq Livan əhalisi müharibənin getdiyi Güney kəsimə qayıtmağa başlayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.