BAYRAQDAR MEDİA – Noyabrın 26-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında rejissor, Əməkdar artist Nicat Mir Kazımov sözügedən Teatrın bədii-yaradıcı heyəti üçün ustad dərsi keçib.
O, dərsdə təhsil aldığı Konstantin Raykinin rektor olduğu “Teatr sənətləri” Ali məktəbində öyrəndiklərini iştirakçılarla paylaşıb, onlara aktyor və rejissor peşəsinin bir çox mühüm aspektləri haqqında tezislərdən də istifadə edərək ətraflı məlumat verib.
N.M.Kazımov eləcə də iştirakçılarla bir neçə praktik məşğələ də keçib.
Əməkdar artist təhsilini bitirib döndükdən sonra dərsin davamı olaraq gələcəkdə yenə belə bir ustad dərsi təşkil edəcəyini düşündüyünü qeyd edib.
Bildirək ki, dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.
İlk şərhi yaza bilərsiniz