Son yeniləmə: 27 Noyabr 2024 12:36
BAYRAQDAR MEDİA – “Son illər Azərbaycanın əldə etdiyi uğurlar, eyni zamanda 4 öncə İkinci Qarabağ savaşında qazanılan tarixi zəfər təkcə ölkə daxilində deyil ölkə xaricində də hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Biz Azərbaycan Respublikasının əldə etdiyi hər bir uğura görə sonsuz fəxr hissi keçiriik. Onu da deyim ki, bu uğurlar xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinə,həyat tərzinə müsbət mənada daha çox təsir edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.
Onun sözlərinə görə bu baxımdan Bakıda keçirilən COP29-u da xüsusi qeyd etmək lazımdır: “ Bəlli olduğu kimi olduğum kimi COP29 dünyanın qlobal ekoloji problemlərinin, iqlim dəyişikliyinin insanların gələcəyinə təsirinin və sair bu kimi vacib məsələlərin müzakirə olunduğu beynəlxalq tədbirdir. Tərəddüd etmədən deyə bilərəm ki, COP29-a ev sahibliyi edən Azərbaycan yenə öz sözünü dedi. Çünki COP29 dünya ictimaiyyətinin diqqətində Azərbaycanın yüksək ev sahibliyi, dövlətin qətiyyətli mövqeyi və bəşəriyyətin gələcəyi üçün tarixi qərarların qəbul olunduğu bir tədbir kimi tarixə düşdü”.
Cavid Aydın deyib ki, tədbir öncəsi Batıdakı bəzi dairələrin COP29-u boykot etmək üçün dəridən-qabıqdan çıxması, o cümlədən tədbir günləri atılan bəzi arzuolunmaz addımlara rəğmən anti-Azərbaycan dairələri bu dəfə də məğlub oldular: “Azərbaycan dövləti buna uğurlu diplomatik addımarı, qətiyyətli mövqeyi ilə nail oldu. Azərbaycan nəinki növbəti dəfə o dailərin anti-Azərbaycan addımlarını iflasa uğratdı, həm də onların heç də insanlıq, bəşəriyyət barədə düşünmədiklərini ifşa etdi. Bəlli oldu ki, həmin dairələr hətta COP29 kimi ekoloji məsələlərə həsr edilmiş tədbiri belə siyasiləşdirməyə, bundan öz dar maraqlarının təmin olunması üçün istifadə etməyə cəhd göstərdilər. Lakin bir daha deyirəm ki, heç nəyə nail olmadılar. COP29 Azərbaycanın daha bir uğuru kimi tarixə düşdü”.
İlk şərhi yaza bilərsiniz