Press "Enter" to skip to content

Cənnət görmək istəyən Gökpınar Gölünə baş çəksin -VİDEO

Son yeniləmə: 27 Noyabr 2024 15:43

Sivasın Gürün rayonundakı Gökpınar Gölü, şəffaf və təmiz suyu ilə, hər kəsi özünə heyran qoyur

BAYRAQDAR MEDİA – “Türkiyənin zəngin tarixi, bənzərsiz mədəni irsi və möhtəşəm təbiət mənzərələri hər il milyonlarla turisti özünə cəlb edir. Bu gözəlliklərin içərisində, Sivasın Gürün rayonunda yerləşən Gökpınar Gölü, təbiətsevərlər üçün sanki gizli bir cənnətdir”.

Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansından (TGA) BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, Gürün, təbiət baxımından nadir yerlərdən biridir: “Burada yerləşən Gökpınar Gölü, şəffaf və təmiz suyu ilə, hər kəsi özünə heyran qoyur. Gölün ən diqqətçəkici xüsusiyyətlərindən biri isə suyun rənginin günəşin bucağına görə dəyişməsidir. Gölün maviliyi, ona bu adın verilməsinə səbəb olub. Göl iki əsas hissədən ibarətdir: Kiçik Göl, alabalıq istehsalı üçün nəzərdə tutulubr, Böyük Göl isə turistik ziyarətlər üçün nəzərdə tutulub”.

Gökpınar Gölünün də özünə məxsus bir əfsanəsi var

Məlumatda deyilir ki, hər təbii gözəlliyin bir əfsanəsi olur: “Gökpınar Gölünün də özünə məxsus bir əfsanəsi var. Deyilənə görə, bir gün çoban Gökpınar Gölünün yaxınlığında qoyunlarını otararkən qəribə bir səs eşidir. Bu səslər onu qorxudub və dərhal qoyunlarını götürərək ərazidən uzaqlaşmağa başlayır. Lakin çoban geriyə baxanda, Gökpınar Gölünün su ilə dolduğunu və gözəl bir gölə çevrildiyinin şahidi olur”.

Gökpınar Gölü həm yaxındır, həm də uzaq

Bildirilir ki, Gökpınar Gölü, Sivasın Gürün rayonunda yerləşir və Gürün mərkəzindən cəmi 10 km uzaqlıqdadır: “Lakin Sivasın mərkəzindən bu möhtəşəm təbiət gözəlliyinə çatmaq üçün 146 km yol qət etmək lazımdır. Hər il yüzlərlə insan bu təbii ərazini ziyarət etmək üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə edir”.

Məlumatda deyilir ki, Sivasın Gürün mahal mərkəzindən, Kayseri-Malatya yolu üzərindəki Çayboyu məhəlləsindən Gökpınar Gölünə doğru getmək mümkündür: “Gökpınar Gölü, həmçinin şəxsi avtomobil, mikroavtobus və ya taksi ilə də asanlıqla ziyarət edilə bilər. Əlavə olaraq, Sütatı ərazisindən piyada gedərək bu gözəl gölə çatmaq mümkündür, lakin bu, həm uzaq məsafə, həm də yolu yaxşı tanımağı tələb edir”.

Sonda o da vurğulanır ki, Gökpınar Gölü, hər kəsin təbiətlə baş-başa qalmaq və sadəcə gözəlliyinə qapılmaq üçün mükəmməl bir məkandır: “Bu gözəl gölü ziyarət edən hər kəs, sanki təbiətin sükunətində itir, ruhunu dincəldir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.