BAYRAQDAR MEDİA – Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı müəyyən edilib.
Noyabrın 27-də Mərkəzi Seçki Komissiyasının toplantısında bununla bağlı qərar qəbul edilib.
Bildirilir ki, seçkilər 2025-ci il yanvarın 29-da keçiriləcək.
Toplantıda seçkilərlə bağlı uyğun təqvim planı da qəbul edilib.
Yeri gəlmişkən o da bildirilir ki, yeni seçki 118 seçki dairəsi üzrə 685 bələdiyyəni əhatə edəcək.
İlk şərhi yaza bilərsiniz