Press "Enter" to skip to content

Aqrar məhsulların ixrac coğrafiyası genişlənir

Kənd Təsərrüfatı Nazirliyi

Son yeniləmə: 27 Noyabr 2024 10:21

Azərbaycandan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında 11 faiz artım qeydə alınıb

BAYRAQDAR MEDİA – “Azərbaycandan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım müşahidə olunur. Aqrar məhsulların ixrac həcmi artdıqca, ixracın coğrafiyası da genişlənir. Azərbaycandan kənd təsərrüfatı məhsulları əsasən ənənəvi bazarlara, Rusiya, Belarus və digər MDB ölkələrinə ixrac olunsa da, ixrac coğrafiyasına yeni ölkələr də daxil olmaqdadır”.

Bu barədə BAYRAQDRA MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 740.6 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub: “Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 11 faiz artıb. Yanvar-oktyabr aylarında Azərbaycanda pomidor ixracında 12.4 faiz, xurma ixracında 14.7 faiz, tütün xammalı ixracında 5.1 dəfə, pambıq mahlıcı ixracında 63.3 faiz artım qeydə alınıb. Bu müddət ərzində ölkəmizdən 142 milyon dollar dəyərində pomidor, 52.9 milyon dollar dəyərində xurma, 21.5 milyon dollar dəyərində tütün xammalı, 160.4 milyon dollar dəyərində pambıq mahlıcı ixrac olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.