Son yeniləmə: 26 Noyabr 2024 13:37
BAYRAQDAR MEDİA – Türkiyənin Bodrum Sualtı Arxeologiya Muzeyimiz “Avropada İlin Muzeyi Mükafatı”na namizəd olub.
Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy öz X sosial şəbəkə hesabından paylaşım edib.
Paylaşımda “Bizim əlimizdə yenidən canlanan bu muzey sualtı sərvətlərimizi və mədəni irsimizi dünya vitrininə çıxarır. Müasir muzey yanaşması ilə apardığımız bərpa işlərinin ən gözəl nümunələrindən biri olan muzey həm də tariximizi qorumaq əzmimizin əksidir”deyə qeyd edilib.
Nazir paylaşımında daha sonra onu da vurğulayıb: “Namizədliyimizlə biz mədəni irsimizin dəyərini beynəlxalq aləmdə bir daha taclandırırıq. 21-25 may 2025-ci il tarixləri arasında Polşada keçiriləcək mükafatlandırma mərasimini səbirsizliklə gözləyirik”.
İlk şərhi yaza bilərsiniz