Press "Enter" to skip to content

Sədərək və Kəngərlidə qəbullar keçirilib

Qəbul zamanı

Son yeniləmə: 26 Noyabr 2024 09:40

BAYRAQDAR MEDİA – Noyabrın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Sədərək və Kəngərli rayonlarında olub, sakinlərlə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya nümayəndəlikdən məlumat verilib.

Bildirilib ki, “səlahiyyətli nümayəndə Ulu Öndər Heydər Heydər Əliyevin rayon mərkəzlərindəki abidələrini ziyarət edib, xatirəsini ehtiramla anıb. Sonra rayon icra hakimiyyətlərində vətəndaş qəbulları keçirilib”.

Məlumata görə, Fuad Nəcəfli sakinlər, o cümlədən şəhid ailələri və qazilərlə fərdi söhbət aparıb, onların müraciətləri və problemləri dinlənilib. Bütün müraciətlər protokollaşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.