Son yeniləmə: 26 Noyabr 2024 07:38
BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Sahib ƏləkbərovAğdaş şəhərində vətəndaşları qəbul edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib”.
Məlumata görə, Ağdaş şəhərində keçirilən qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.
İlk şərhi yaza bilərsiniz