Press "Enter" to skip to content

Kərkük hökumətinə qarşı məhkəmə üçüncü dəfə təxirə salınıb

Kərkük

Son yeniləmə: 26 Noyabr 2024 07:22

BAYRAQDAR MEDİA – Yerli hökumətin legitimliyi ilə bağlı Kərkük şəhərində qaldırılan iş inzibati məhkəmə tərəfindən dekabrın 4-nə təxirə salınıb.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildirilib ki, “yerli mətbuatın məlumatına görə, əvvəllər oktyabrın 22-də və noyabrın 6-da baxılması planlaşdırılan iş müxtəlif səbəblərdən təxirə salınıb. Ötən ilin avqustunda Bağdaddakı “Rəşid” otelində keçirilən sessiyada Ribvar Taha Kərkük qubernatoru, Məhəmməd Hafiz isə əyalət şurasının rəhbəri təyin edilib. Lakin İraq Türkmən Cəbhəsi, KDP və Ərəb Koalisiyasının boykot etdiyi sessiyaya görə bu təyinatlar legitim sayılmayıb və məhkəmə mövzusu olub”.

Məlumatda deyilir ki, üç qrup prosesin qanunsuz olduğunu iddia edərək məhkəməyə müraciət edib: “Yeddi üzvün etiraz ərizəsi məhkəmədə araşdırılacaq. Bu üzvlər arasında İraq Türkmən Cəbhəsindən iki, KDP-dən iki və Ərəb Koalisiyasından üç nəfər var. Məhkəmə Kərkükdəki idarəçilik böhranının həlli üçün böyük əhəmiyyət kəsb edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.