Press "Enter" to skip to content

Heydər Əliyev Aeroportuna növbəti məcburi eniş

Heydər Əliyev Beynəlxalq Aeroportu

BAYRAQDAR MEDİA – “Air Arabia” aviaşirkətinin Moskva–Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Aeroportun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu qərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq qəbul edilib. “Airbus A320” təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat 18:54-də Bakı hava limanına eniş edib. Hadisə ilə əlaqədar olaraq aeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildə yardım göstərib. Daha sonra müayinə üçün xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik reaksiya göstərmək və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün müasir tələblərə uyğun bütün zəruri infrastruktur və yüksək peşəkarlığa malik komandaya sahibdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.