Press "Enter" to skip to content

Hakan Fidan: Kıbrısda mövcud reallığı əks etdirən bir həll istəyirik

Hakan Fidan

Son yeniləmə: 26 Noyabr 2024 07:19

BAYRAQDAR MEDİA – Türkiyənin xarici işlər naziri Hakan Fidan, Kıbrıs adasındakı mövcud reallığı əks etdirəcək bir həll istədiklərini və federasiya məsələsində rumların daha çox uduzacaqlarını bildirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC-nin Bakıdakı təmsilçiliyindən məlumat verilib.

Məlumata görə, H.Fidan Ankarada Xarici İşlər Nazirliyində mətbuat nümayəndələri ilə görüşüb və gündəmlə bağlı sualları cavablandırıb: “H.Fidan Avropa Birliyinin (AB) Kıbrıs məsələsində tarixi səhvə yol verdiyini və buna görə də Türkiyənin həll yolunu AB ilə deyil, Birləşmiş Millətlər Təşkilatı ilə tapmağa üstünlük verdiyini deyib”.

Nazir H.Fidan yaxşı niyyətlərə açıq olduqlarını və adadakı mövcud reallığı əks etdirən bir həll istədiklərini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.