Son yeniləmə: 26 Noyabr 2024 07:42
BAYRAQDAR MEDİA – Güney Kıbrısın “Müstəsna İqtisadi Zona” (EEZ) adlanan ərazisində qazma işləri aparan Amerikanın ExxonMobil şirkətinin 2025-ci ildə Doğu Akdenizdə enerji sahəsində fəaliyyətlərin yenidən başlayacağı bildirilib.
Bu barədə kibrisyeni.com saytı məlumat yayıb.
Məlumata görə Güney Kıbrısda nəşr olunan həftəlik qəzet Simerini xatırladır ki, ExxonMobil 2025-ci ilin yanvarında iki yeni qazma əməliyyatı keçirəcəyini açıqlayarkən Amerika şirkətinin 2017-ci ildə lisenziyası olduğunu və 2019-cu ildə “Qlafkos” yatağında kəşf etdiyini yazıb.
Xəbərə görə, ExxonMobil “EEB” adlanan ərazi çərçivəsində 6 və 5 nömrəli bağlamalar üzrə “Pegasus” və “Elektra” yataqlarında qazma işləri aparacaq.
İlk şərhi yaza bilərsiniz