Son yeniləmə: 26 Noyabr 2024 13:35
BAYRAQDAR MEDİA – Eskişehirdə bədən tərbiyəsi fənnindən dərs deyən taekvondo üzrə dünya və Avropa çempionu Gülsena Karakuyulu diqqət mərkəzindədir. Belə ki, o məktəbə salto vuraraq girir.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “o, bu yolla bacarığını nümayiş etdirərək şagirdlərinin dərsə marağını artırır”.
Bədən tərbiyəsi müəllimi Gülsena Karakuyulu şagirdlərin taekvondoya və milli idmançı olmağa marağının artdığını bildirib: “Şagirdlərimin diqqətini daha çox cəlb edəcək və onların dərsə marağını artıracaq şəkildə zərbələrimi göstərirəm və salto edirəm”.
İlk şərhi yaza bilərsiniz