Press "Enter" to skip to content

Dövlət Proqramı çərçivəsində idman qurğuları quraşdırılır

İdman qurğuları

Son yeniləmə: 26 Noyabr 2024 13:35

BAYRAQDAR MEDİA – “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etməkdədir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Dövlət Proqramına uyğun olaraq bədən tərbiyəsi və idmanın gündəlik həyat tərzinə çevrilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, böyüməkdə olan gənc nəsil üçün idman alətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Naxçıvan şəhərinin bir sıra ərazilərində (8 yerdə) açıq hava idman qurğuları əhalinin istifadəsinə veriləcəkdir. Məlumat üçün bildirək ki, bu il ərzində həyata keçirilən hüquqi və təşkilati proseslərin ardınca dövlət satınalması əsasında 12 dəst müxtəlif funksiyalı açıq hava tipli idman aləti alınıb. Noyabr ayının əvvəlindən etibarən artıq seçilmiş ərazilərdə inşaat işləri başladılıb və hazırda davam etməkdədir. Hər birinin sahəsi 76 kvadrat metr olan idman meydançalarının əksəriyyətində betonlama işləri tamamlanıb, alətlər səthə bərkidilib. Təhlükəsizlik meyarı nəzərə alınmaqla səthin üzəri elastik materialla örtüləcək. Ərazilərə skamyalar və zibil qutuları yerləşdiriləcək”.

Qeyd edilib ki, ki, idman qurğularının dekabrın sonlarına kimi əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub: “Əlavə edək ki, müxtəlif yaş qruplarına uyğun dizayn edilən alətlər fiziki hazırlığı artırmaq, əzələləri möhkəmləndirmək və müxtəlif məşq proqramlarının icrası üçün əlverişlidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.