Press "Enter" to skip to content

Bu məsələdə ABŞ və Avropa Birliyi xüsusi “fəallıq” göstərdilər

Fikrət Əliyev

Son yeniləmə: 26 Noyabr 2024 07:36

Fikrət Əliyev: Bu dairələr COP29 ərəfəsi, həmçinin tədbir günlərində məkrli oyunlara baş vurdular

BAYRAQDAR MEDİA – “Dünya, tərəqqipərvər bəşəriyyət bir daha Batının bəzi dailərinin gerçək üzünü gördü. Dünya gördü ki, ABŞ və Avropa Birliyi COP29 kimi mötəbər və insanlıq üçün mühüm əhəmiyyət kəsb edən tədbiri də siyasiləşdirməyə cəhd etdi. Bundan da öz qaranlıq məqsədləri üçün istifadə etməyə çalışdı”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında politoloq Fikrət Əliyev deyib.

O, qeyd edib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bir çox müsbət və mənfi məqamlarla yadda qaldı: “Əgər müsbət məqamlar bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycanın səmərəli fəaliyyəti və sonda əldə edilən nəticələrlə bağlıdırsa, mənfi məqamların kökündə Batının ikili oyunları və COP29 kimi bəşəriyyətin gələcəyinə xidmət edən tədbiri bəzi güclərin öz çirkin məqsədlərinin girovuna çevirmək cəhdləri ilə bağlıdır”.

F.Əliyevin sözlərinə görə, bu məsələdə ABŞ və Avropa Birliyi xüsusi “fəallıq” göstərdilər: “Bu dairələr COP29 ərəfəsi, həmçinin tədbir günlərində məkrli oyunlara baş vurdular. Ümumiyyətlə, Batının bəşəriyyətin gələcəyini deyil, öz məqsədlərini düşündüyünü təsdiq edən kifayət qədər fakt var. Bunlardan biri də Almaniyanın xarici işlər nazirinin sərgilədiyi mövqedir. Təsadüfi deil ki, COP29-da AB-ni təmsil edən Almaniyanın xarici işlər naziri Annalena Berbok iqrilm məsələləri ilə məşğul olmaq əvəzinə mətbuat konfransı keçirib Azərbaycanda insan haqlarından danışdı. Bu azmış kimi, Azərbaycan müxalifəti və Batının buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğul oldu”.

F.Əliyev qeyd edib ki, bütün bu çirkin cəhdlər iflasa uğradı və xeyir şərə qalib gəldi: “Bəlli olduğu kimi məhz beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Batı dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. COP29-da 300 milyard dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. Necə deyərlər xeyir şərə qalib gəldi”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.