Press "Enter" to skip to content

Bəzi çaylarda sululuq artıb

Lənkəran çayı

BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin 26 noyabr saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinə yağan yağıntılarla əlaqədar respublikanın bəzi çaylarında sululuq artıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Milli Hidrometeorologiya Xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçayda suyun səviyyəsində 20 sm, Təngərüdçayda 11, Lənkərançayda 9, Şərətükçayda 4, Böyük Qafqazın ərazisindən axan Katexçayda və Qarasuçayda 3, Əyriçayda və Qudiyalçayda 2, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda və Gəncəçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Quruçayda 16, Tərtərçayda 1, Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində isə 6 sm artm qeydə alınıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.