BAYRAQDAR MEDİA – Dekabrın 29-da qardaş Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək görüşdə Fərid Əlibabazadə Octagon liqa kəmərini qorumaq üçün döyüşəcək.
Onun rəqibi özbəkistanlı idmançı Ənvər Abdullayev olacaq.
Xatırladaq ki, F.Əlibabazadə avqustun 23-də 5-ci raundda Əsgər Caksılıkova boğucu fəndlə qalib gələrək Octagon liqa kəmərinin sahibi olub.
Peşəkar idmançı olan F.Əlibabazadə MMA döyüşçüsüdür və ümumilikdə 21 döyüşdə iştirak edib. İdmançının rekordu 21 döyüş, 13 qələbə 7 məğlubiyyət və 1 heç-heçədir.
İlk şərhi yaza bilərsiniz