BAYRAQDAR MEDİA – Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədi ilə “Uçuran Cümə” kampaniyasına başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “26 noyabr–1 dekabr tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 30%-dək endirimlə əldə edə biləcəklər. Təklif 2024-cü il noyabrın 30-dan 2025-ci il aprelin 30-na kimi həyata keçirilən reyslərə şamil olunur. Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tarifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq edilmir”.
Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.
Aviabiletləri rəsmi saytdan, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Mobil tətbiqi isə keçiddən yükləmək mümkündür.
İlk şərhi yaza bilərsiniz