BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə qardaş Türkiyənin Erzincan Binali Yıldırım Universiteti arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasını nəzərdə tutan əməkdaşlıq protokolu onlayn formatda imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq, elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan əməkdaşlıq protokolunu Aİİ-nin rektoru Aqil Şirinov və Erzincan Binali Yıldırım Universitetinin rektoru Akın Levent imzalayıb. Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Protokolda tərəflərin təhsil qanunvericiliyinə uyğun olaraq, razılaşdırılmış ixtisaslar üzrə qarşılıqlı bakalavr və magistr proqramlarının təşkili, ikili diplom və ya ikili dərəcə proqramlarının həyata keçirilməsi istiqamətində məsələlər əksini tapıb”.
Sənəddə təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
İlk şərhi yaza bilərsiniz