Son yeniləmə: 25 Noyabr 2024 15:24
BAYRAQDAR MEDİA – Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə nümayəndəliyi qardaş ölkədə bir sıra görüşlər keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya QAİ-dən daxil olub.
Xəbərdə bildirilir ki, “nümayəndə heyətində QAİ-nin Türkiyə nümayəndəsi Dr. Asif Kurban, icmanın Ankara nümayəndəsi Prof. Dr. Seyit Aydın, İstanbul nümayəndəsi Dilqəm Əhməd, Qars rəsmisi Ali Cenap Senger iştirak edib. Azərbaycanın Türkiyə səfirliyində keçirilən ilk görüşdə səfir Dr. Rəşad Məmmədov nümayəndə heyətini qəbul edib. Görüş zamanı səfir öz fikirlərini və dəstəyini nümayəndə heyəti ilə bölüşüb, QAİ-yə uğurlar arzulayıb. Səfirlikdəki qəbulda səfir R.Məmmədov, səfirliyin müşaviri Eldar Əliyev və səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak edib”.
Nümayəndə heyəti daha sonra Qars Bələdiyyə başçısı Prof. Dr. Ötüken Sengerlə görüşüb və ortaq fəaliyyətlər haqqında fikir mübadiləsi aparıb. Ardınca heyət Türk Ocaqları qərargahında Prof. Dr. Mehmet Özün sədrliyində sözügedən ocağın rəhbərliyi ilə görüşüb.
Görüşdə birgə fəaliyyət və konfransların keçirilməsi ətrafında müzakirələr aparılıb.
İlk şərhi yaza bilərsiniz