BAYRAQDAR MEDİA – Türkiyədə yaşayan yazar, əslən Azərbaycanlı olan Ceylan Mumoğlunun “Bilge Kadının El Kitabı” əsəri ikinci dəfə Türkiyədə Liz yayınlarında nəşr edilib.
Müəllif kitab haqqında BAYRAQDAR MEDİA-ya məlumat verib: “Bu kitab artıq ikinci dəfədir türk dilində nəşr olunaraq oxucularla görüşür və möhtəşəm yeni üz qabığı ilə təqdim olunur. Bildirim ki, kitab qadınların həyatına dərin mənalar və təcrübələr təqdim edir. Oxucularımın bu əsəri sevəcəklərinə və həyatlarına müsbət təsir edəcəyinə inanıram. Yeni nəşr artıq satışdadır və bütün kitabsevərləri öz nüsxəsini əldə etməyə dəvət edirik”.
Bildirək ki, yazıçı bu əsəri ilə qadınların həyatını asanlaşdırmaq və onlara yol göstərmək məqsədini qarşıya qoyub.
Qeyd edək ki, kitabın üz qabığında süni intellektin imkanlarından da istifadə edilib, müdrikliyi təmsil edən qadın və bayquş obrazları verilib.
Onu da qeyd edək ki, bu əsər yazıçının Türkiyədə nəşr olunmuş tək əsəri deyil. C.Mumoğlunun sözügedən kitabdan başqa Türkiyədə “Aydınlanma səyahəti”, “Qadının üç yaş dövrü” əsərləri də nəşr edilib.
İlk şərhi yaza bilərsiniz