Son yeniləmə: 25 Noyabr 2024 13:46
BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-oktyabr aylarında DOST mərkəzlərində 788 min vətəndaşa xidmət göstərilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veirlib.
Məlumata görə, 2019-cu ilin may ayından Azərbaycanda artıq 7 DOST mərkəzi açılıb: “Həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,4 faiz təşkil edir”.
İlk şərhi yaza bilərsiniz