Press "Enter" to skip to content

MEK könüllülərindən təmizlik aksiyası

MEK könüllüləri

BAYRAQDAR MEDİA – Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) könüllüləri elmi katib Şəbnəm Rüstəmovanın rəhbərliyi ilə Novxanı çimərliyində sahilyanı təmizlik aksiyası keçiriblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “aksiya zamanı könüllülər ərazini təmizləyərək toplanmış məişət tullantılarını təkrar emal üçün “Təmiz Şəhər” ASC-yə təhvil veriblər. Aksiyanın əsas məqsədi ictimaiyyəti ətraf mühit, o cümlədən dənizətrafı sahələrin mühafizəsinə cəlb etmək, ekoloji tarazlığın bərpasına, yaşıllıqların qorunmasına və ətraf mühitin qorunmasına yönəltmək, o cümlədən sosial məsuliyyətin, ictimai gigiyena vərdişlərinin təbliğində nümunəvi davranışları nümayiş etdirməkdir”.

Onu da qeyd edək ki, MEK tərəfindən mütəmadi olaraq aktual iqlim problemlərinə cəmiyyətin diqqətinin cəlb olunması kimi təşəbbüslər həyata keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.