Son yeniləmə: 25 Noyabr 2024 17:39
BAYRAQDAR MEDİA – Asiyada ilk dəfə siyasi partiya toplantılarında KKTC-ni təmsil edən UBP millət vəkilləri Oğuzhan Hasipoğlu və Ahmet Savaşan KKTC-nin beynəlxalq arenada daha görünür olması üçün mübarizələrini davam etdirəcəklərini bildiriblər.
Bu barədə kibrishaberajans.com saytı məlumat yayıb.
Bildirilib ki, “Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransına (ICAPP) Kamboca Xalq Partiyası və Asiya Siyasi Partiyaları Sədrliyinin qonağı kimi qatılan KKTC millət vəkilləri ICAPP-ın 12-ci Baş Assambleyasında çıxış ediblər. UBP-dən verilən məlumata görə, millət vəkilləri çıxışlarında Kıbrıs məsələsinin düzgün əsasda müzakirə edilməli olduğunu deyiblər. Çıxışlarda ötən müddət ərzində Gnüey Kıbrısın sərgilədiyi mövqe barədə də ətraflı məlumat verilib. Deputatlar “Siyasi partiyaların barışıqda rolu” mövzusunda keçirilən görüşə dəvət olunan 35 ölkədən biri kimi KKTC-nin təmsil olunmasının önəmini qeyd ediblər”.
İlk şərhi yaza bilərsiniz