Press "Enter" to skip to content

Hakan Fidan: Kərkükdə PKK-nın təsiri altına düşəcək valilik istəmirik

Hakan Fidan

Son yeniləmə: 25 Noyabr 2024 12:29

BAYRAQDAR MEDİA – Türkiyənin xarici işlər naziri Hakan Fidan Kərkük valisinin seçilməsi məsələsinin məhkəməyə çıxarıldığına diqqət çəkib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, H.Fidan Ankarada Xarici İşlər Nazirliyində mətbuat nümayəndələri ilə görüşüb və gündəmlə bağlı sualları cavablandırıb.

Nazir Kərkük məsələsini çox yaxından izlədiklərini, əhali və demoqrafik dəyişikliklərə qarşı olduqlarını bildirib. O, Türkmən Cəbhəsi ilə ciddi əlaqələrin olduğunu da izah edib.

Məlumatda deyilir ki, H.Fidan Kərkük valisi seçkisi məsələsinin məhkəməyə çıxarıldığına diqqət çəkib: “Biz PKK-nın təsiri altına düşəcək bir valilik görmək istəmirik. Yaxşı, orada bir növbəli sistem var. Söhbət kürdlərin, ərəblərin və türkmənlərin növbə ilə vali olmasından gedir. Kürdlərdən kimin olacağı məsələsi onların arasında bir az problem idi”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.