Press "Enter" to skip to content

Azərbaycanlılar BƏƏ-də kitab sərgisində

Bir xatirə şəkli

BAYRAQDAR MEDİA – Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində hər il 11 gün davam edən Şarja Beynəlxalq Kitab Sərgisi (SIBF) bu il 6-17 noyabr tarixlərində keçirilib.

Sərgidə iştirak edənlərdən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli sərgi haqqında fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Bu sərgi dünyanın ən böyük kitab yarmarkalarından biridir və sərgiyə 400-dən çox ədəbi, mədəni tədbirlər daxildir. Sərgi bu il “Şarja Expo Center”də təşkil edilmişdi. İlk dəfə isə bu sərgi 1982-ci ildə BƏƏ Ali Şurasının üzvü və Şarja əmirliyinin rəhbəri Şeyx Sultan Bin Məhəmməd əl-Qasiminin təklifi və himayəsi altında təşkil edilib”.

X.Məmmədli bu il sərgidə çalışdığı müəssisədən, ümumiyyətlə isə Azərbaycandan 4 nəfərin iştirak etdiyini qeyd edib: “Bu il sərgiyə Azərbaycandan MEK-in Elektron resurslar şöbəsinin əməkdaşları – mən, Rövşən Məmmədli, Kitabxananın Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsinin əməkdaşları Aytən XudiyevaSura Məmmədova qatıldıq. Sərgidə olduğumuz müddətdə bir çox iştirakçılarla həmsöhbət olduq, ölkəmiz, mədəniyyətimiz, tariximiz, işlədiyimiz qurum, şöbələrimiz haqqında həmsöhbət olduğumuz iştirakçıları məlumatlandırdıq. Həmçinin Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsi münasibəti ilə müxtəlif təbriklər aldıq, keçən il Azərbaycan COP29-un ev sahibliyini məhz BƏƏ-dən almışdı”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.