Press "Enter" to skip to content

Üzv şirkətlərin sayı 62-yə çatıb

Vüqar Oruc

Son yeniləmə: 23 Noyabr 2024 11:28

Vüqar Oruc: Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir

BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarına daha iki qiymətləndirmə şirkətinin qəbul edilməsinə qərar verilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya AQC sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası Vüqar Oruc məlumat verib.

O, qeyd edib ki, “LEGAL BASE CONSULTİNG” MMC və “BARAT CONSULTANCY” MMC qiymətləndirmə şirkətləri AQC-yə üzv qəbul edilib: “Bununla da üzv şirkətlərin sayı 62-yə çatıb. Hazırda daha 4 şirkətin müraciəti araşdırılır. AQC-nin müvafiq qurumları həmin şirkətlər barədə müsbət rəy verdikdən sonra onların da müraciəti müzakirəyə çıxarılacaq”.

ACQ sədrinin sözlərinə görə, yaxın müddətdə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası tərəfindən daşınmaz, daşınar əmlar və müəssisə qiymətləndirilməsi istiqamətində sertifikatlaşma kurslarının keçirilməsi də planlaşdırılır: “7 dövlətdən olacaq kurs iştirakçılarına onlayn şəkildə qeyd olunan istiqamətlər üzrə təlim keçiriləcək”.

Məlumat üşün bildirək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Azərabycanda qiymətləndiricilərin yeganə peşəkar birliyidir və 62 qiymətləndirmə şirkətini öz ətrafında birləşdirir. 1999-cu ildə təsis edilən cəmiyyət Azərbaycan qiymətləndiriciləri ilə beynəlxalq qiymətləndirmə təsisatları arasında əməkdaşlığı təmin edən, ölkədə qiymətləricilərin sertifikasiyanı aparan yeganə qurumdur. Bu ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc həm də Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidentidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.