Press "Enter" to skip to content

Turizm əlaqələri müzakirə olunub

Görüşdən xatirə fotosu

Son yeniləmə: 23 Noyabr 2024 11:43

BAYRAQDAR MEDİA – Azərbaycan və Braziliya arasında turizm əlaqələrin inkişaf perspektivləri noyabrın 22-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Braziliya Federativ Respublikasının turizm naziri Selso Sabino arasında keçirilən görüşdə müzakirə edilib.

Bu barədə BAYRADAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) tədbirində turizm mövzusuna xüsusi günün həsr olunması, burada səsləndirilən təşəbbüslərin davamlılığının COP30 tədbirində də saxlanılması, həmçinin bu istiqamətdə birgə fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin turizm üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı tədbirlərin təşkili məsələləri müzakirə olunub”.

Məlumata görə, görüş çərçivəsində Dövlət Turizm Agentliyinin inzibati binasının önündə Agentlik sədri Fuad Nağıyev və Braziliya Federativ Respublikasının turizm naziri Selso Sabino nar ağacı əkiblər: “Fuad Nağıyev Selso Sabinoya öz ölkəsində əkməsi üçün simvolik olaraq nar ağacı hədiyyə edib ki, COP29-da turizm sahəsində əldə edilmiş razılaşmalar, COP30-un evsahibi kimi Brazilyada da davam etdirilsin və bununla da turizm və iqlim mövzularının COP-un davamlı olaraq gündəliyinə salınması təmin edilmiş olsun”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.