Son yeniləmə: 23 Noyabr 2024 12:08
BAYRAQDAR MEDİA – Bolqarıstanda deputatların ardıcıl 5-ci dəfə parlamentin sədrini seçmək cəhdi heç bir nəticə verməyib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “Xalq Məclisinin sədrinin səsverməsində “BSP-Obedinena Levitsa” partiyasından Nataliya Kiselova, “Vazrajdane” partiyasından Petar Petrov, GERB partiyasından Raya Nazarian və ITN-dən Silvi Kirilov namizəd olub. Səsvermə zamanı “İma Takav Narod” partiyasından Silvi Kirilov və GERB-SDS-dən Raya Nazarian yenidən ikinci mərhələyə adlayıb”.
Məlumata görə, ikinci tur səsvermədən sonra S.Kirilov deputatlardan 101 “hə” və 99 “xeyr”, R.Nazaryan isə 68 “hə” və 150 “xeyr” səsi toplayıb: “Parlamentin noyabrın 11-də başlayan ilk iclası çərşənbə günü, noyabrın 27-də davam edəcək və Xalq Məclisinin sədrinin seçilməsinə altıncı cəhd ediləcək”.
İlk şərhi yaza bilərsiniz