Press "Enter" to skip to content

 Muxtar Respublikaya bu qədər dotasiya ayrılması nəzərdə tutulur

Naxçıvan

Son yeniləmə: 23 Noyabr 2024 12:00

BAYRAQDAR MEDİA – 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin mədaxil mənbəsi hesab olunan gəlir və xərclərini tənzimləmək üçün Azərbaycan Respublikası büdcəsindən 320 milyon 529 min manat dotasiya ayrılması nəzərdə tutulur.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılov muxtar respublikanın 2025-ci il büdcə layihəsinin müzakirəsi ilə bağlı müşavirədəki çıxışında deyib.

Nazir qeyd edib ki, dotasiya büdcə gəlirlərinin 60,7 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcə gəlirləri ilə müqayisədə 15 milyon 931 min manat və ya 4,7 faiz az nəzərdə tutulur.

Bildirilib ki, layihədə muxtar respublika büdcəsində muxtar respublika yığımlarının xüsusi çəkisi təqribən 40 faiz həddinə çatdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.