Press "Enter" to skip to content

“İqlim və sənət” adlı ustad dərsləri

İmzalanma zamanı

Son yeniləmə: 23 Noyabr 2024 12:01

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi “İqlim və sənət” adlı ustad dərsləri keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Forumdan məlumat verilib.

Məlumata görə, İctimai Birliyin sədri Aytən Həsənova bildirib ki, tədbirin məqsədi ekoloji cəhətdən təmiz olan məhsulların hazırlanması və təqdim edilməsi, həmçinin qədim sənət nümunələrinin müasir dövrə adaptasiya olunmasıdır.

Ustad dərslərində zərgərlik sənəti üzrə mütəxəssis Mehriban Sadıqova ekoloji təmiz hesab edilən gümüşdən müxtəlif zinət əşyaları, keramika ustası Ceyhun Coşğun təbii gildən müxtəlif məhsullar, qurama ustası Səbirə Qarayeva isə müxtəlif parçalardan geyim aksessuarları hazırlayaraq master-klass göstəriblər.
İştirakçılar ustad dərslərinə böyük maraq göstərib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.