Son yeniləmə: 23 Noyabr 2024 11:54
“İrəvan mətbəxinin şirin inciləri” xarici və yerli ziyarətçilərə təqdim olunub
BAYRAQDAR MEDİA – COP29 günlərində öz məhsuldar fəaliyyəti ilə seçilən Azərbaycanın QHT sektoru daha bir maraqlə tədbirə imza atıb. Belə ki, noyabrın 22-də Yaşıl Zonada Milli QHT Pavilyonunda maraqlı sərgi təşkil edilib.
“İrəvan mətbəxinin şirin inciləri” adlı sərgi çərçivəsində “Azərbaycan Milli Kulinariya Assosiasiyası” ziyarətçilərə Azərbaycan şirniyyatlarını təqdim edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov məlumat verib.
O, bildirib ki, sərgidə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyasında hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” və “İrəvan” adlı kitablar da nümyiş olunub. Eyni zamanda sərgi zamanı İrəvan mətbəxinin dadlı təamlarını əks etdirən fotolar da nümayiş etdiirlib.
T.Əmiraslanovun sözlərinə görə, sərgiyə gələn Qərbi Azərbaycan təamlarını da dadmaq imkanı əldə ediblər: “Məqsəd odur ki, Qərbi Azərbaycan mətbəxini dünya ictimaiyyətinə çatdıraq. Həmçinin dadlı təamları Yaşıl Zona ziyarətçilərinə daddırdıq. Sərgidə 100-ə yaxın İrəvan şirniyyat növlərindən 15 fərqli nümunə təqdim edildi”.
İlk şərhi yaza bilərsiniz